RU

“Dubay şokoladı” zərərli imiş… – Səbəb

Sosial şəbəkələrdə məşhurlaşan Dubay şokoladının sağlamlıq üçün təhlükəli olduğu üzə çıxıb.

Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, bu barədə “StarHit”ə dietoloq Anna Belousova məlumat verib.

Məlum olub ki, 200 qram ağırlığı olan desertin bir çubuqunda min kilokalori var.

Həkimin sözlərinə görə, belə şirinlik kiçik miqdarda olsa belə təhlükəli ola bilər.

“Əgər sizin allergiyanız varsa, bunu ümumiyyətlə sınamamalısınız. Öd kisəsi ilə bağlı problemi olan insanlara bu şokoladı dadmağı məsləhət görməzdim”, - deyə o qeyd edib.

Endokrinoloq Veronika Savenko da həmkarının fikri ilə razılaşaraq şəkərli diabet və piylənmə xəstələrini şirniyyatdan imtina etməyə çağırıb. Şokoladın tərkibinə daxil olan məhsullar ishal və digər mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Избранный
21
32
axar.az

10Источники