RU

Qarabasma nədir?

Bir çox insan qarabasmadan əziyyət çəkir.

Həmin insanlar iddia edir ki, o yuxuda olan zaman onu kimsə boğur, döyür, arxasınca qaçır və s. 

Maraqlıdır, qarabasma nədir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, qarabasmalar insanın müəyyən çətinlik dövründən, hansısa təhlükəli hadisədən sonra yaranan travmanın verdiyi fəsaddır: 

“İnsan bir müddət sonra o hadisəni yenidən xatırlayır, bu da onun düşüncəsində qarabasma kimi təzahür edə bilər. Uzun müddət davam edərsə, mütləq mütəxəssisdən yardım istəmək lazımdır. İnsan bir müddət zehninə dinclik verdikdən sonra yuxu iflicləri azala bilər. Çünki , yuxu iflicinin əsas səbəbləri kimi həddindən artıq stress, yorğunluqgöstərilir. Yaxşı olar ki, əsəbi insanlar yatmazdan öncə qorxulu filmlərə baxmasın, telefonla çox zaman keçirməsin. Telefon sinir sistemini pozur və insanın yuxusuna təsir edir”.

Sevinc

Избранный
71
38
hit.az

10Источники