RU

Son bir ildə 300-ə yaxın təhsil işçisi cəzalandırıldı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Olaylar Xəzər TV-yə istinadən bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi"ndə deyib.

O bildirib ki, ilk olaraq 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılacaq.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesinin isə noyabrın 25-də saat 11:00-dan etibarən aktiv ediləcəyi vurğulanıb.

Agentlik direktoru bağça müəllimlərinin sertifikasiyaya cəlb edilməsi məsələsinə də toxunub. O bildirib ki, 2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub. Eyni zamanda bu ilin sonunadək paytaxt və bölgələrdə yerləşən 450 bağçada sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı yoxlamalar aparılacaq.

Ucqar rayonlardakı məktəblərdə istilik təchizatının qənaətbəxş olduğunu deyən Eşqi Bağırov yaxın vaxtlarda odunla qızdırılan bəzi təhsil müəssisələrinin qazlaşdırılacağını bildirib.

Həmçinin vurğulanıb ki, son 1 ildə məktəb direktoru və müavin olmaqla 134 nəfər işdən çıxarılıb, 133 nəfərə xəbərdarlıq, töhmət,və şiddətli töhmət verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
2
olaylar.az

10Источники