RU

Qasırğa səbəbindən oyunlar təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) “Dana” qasırğasının təsirləri səbəbindən “Valensiya” və “Levante”nin müvafiq olaraq Parla və Pontevedra ilə Kral Kuboku birinci tur matçlarını təxirə salıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RFEF-in mətbuat xidməti məlumat yayıb.

Çərşənbə gününə planlaşdırılan hər iki qarşılaşma daha sonra oynanılacaq. Belə ki, "Valensiya" - "Parla" matçı noyabrın 6-da, "Levante" - "Pontevedra" görüşü isə noyabrın 7-də baş tutacaq.

Mövcud şəraitə görə cümə axşamına planlaşdırılan digər matçların dəyişdirilə biləcəyi ehtimalı var.

Избранный
69
50
ucnoqta.az

10Источники