RU

ABŞ-də erkən səsvermə davam edir - 51 milyon vətəndaş artıq öz seçimini edib

Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərinə bir həftədən az vaxt qalmış erkən səsvermə prosesində ölkə üzrə 51 milyondan çox seçicinin səs verdiyi bildirilib.

“The Hill” nəşrinin məlumatına görə, milyonlarla amerikalı seçici ABŞ-nin 60-cı prezidentini müəyyən etmək üçün poçt vasitəsilə və ya seçki məntəqələrində vaxtından əvvəl səs vermək hüququndan istifadə etməyə davam edir.

ABŞ-da erkən səsvermənin mövcud olduğu ştatlarda 24 milyondan çox adam poçt vasitəsilə , təxminən 27 milyon insan isə məntəqələrdə səs verib.

İndiyədək 51 milyonu keçən erkən səsvermə ümumi seçki nəticələrinin güclü göstəricisi kimi qəbul edilmir. Bir çox ştatlarda erkən səsvermə seçki gününə qədər davam etsə də, poçtla və ya seçki məntəqəsinə gedərək verilən erkən səslər noyabrın 5-də verilən səslərlə birlikdə həmin gün sandıqlar bağlandıqdan sonra hesablanacaq.

Qeyd edək ki, 244 milyon seçicinin olduğu ABŞ-də 2020-ci il prezident seçkilərində 66,6 faizlik rekord fəallıq qeydə alınıb və 159 milyona yaxın insan səs verib.

“AzPolitika.info”

Избранный
6
3
azpolitika.info

8Источники