Metropolitendə 2 nəfər qadının 440 və 800 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən "Unikal"a bildirilib ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinənlər, əvvəllər də məhkum olunmuşlar N.Vəliyev və İ.Babayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.