RU

Daşınmaz əmlakın icbari sığortası bazarı kiçilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 66 milyon 385 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 0,5% azdır. Ötən ilin yanvar-sentyabr aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 66 milyon 704 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 479 min manat və ya 51,2% azalaraq 2 milyon 366 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
5
1
banco.az

10Источники