RU

Güləşçilərimiz DÇ-ni medalsız başa vurdular

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatını medalsız başa vurublar.   Manset.az xəbər verir ki, Nürəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə, Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) isə təsəlliverici mübarizələrdə uduzaraq medal qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar. Dünya çempionatına bu gün yekun vurulacaq.

Избранный
2
20
manset.az

10Источники