Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdığından bu günə qədər 65 milyondan çox vətəndaşın erkən səs verdiyi bildirilir.
Reyting.az-ın xəbərinə görə, Florida Universitetinin Seçki Laboratoriyası bu günə qədər verilən erkən səslərin sayını açıqlayıb.
Bildirilir ki, indiyədək ölkə üzrə 65 milyondan çox vətəndaş erkən səs verib.
Onların 34 milyondan çoxunun şəxsən, təxminən 31 milyon amerikalının isə poçt vasitəsilə erkən səs verdiyi bildirilir.
244 milyon seçicinin olduğu ABŞ-da 2020-ci il prezident seçkilərində 66,6 faizlik rekord fəallıq qeydə alınıb və 159 milyona yaxın insan səs verib.
Bir çox ştatlarda erkən səsvermə seçki gününə qədər davam etsə də, poçtla və ya seçki məntəqəsinə gedərək verilən erkən səslər noyabrın 5-də verilən səslərlə birlikdə həmin gün sandıqlar bağlandıqdan sonra hesablanacaq.
Onu da qeyd edək ki, ABŞ prezidenti Co Bayden doğma şəhəri Delaverdə noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün erkən səs verib və iyulda yarışdan geri çəkilib.