RU

Moldovada seçkilər -Stoyanoqlo öndədir+Yenilənir

Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, respublikada seçki məntəqələri yerli saatla 21:00-da bağlanır.

Həmin saata olan məlumata görə, seçici fəallığı 54% (təxminən 1,6 milyon seçici) olub və səsvermənin etibarlı hesab edilməsi üçün keçilməli olan 20%-lik həddi keçib.

Qeyd edək ki, respublika MSK adətən səsvermə başa çatdıqdan sonra bir neçə saat ərzində ilkin nəticələri elan edir.

***

MSK-nın məlumatına görə, Moldovada keçirilən prezident seçkilərində rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo 52,02%, hazırkı dövlət başçısı Maya Sandu 47,98% səslə liderdir, protokolların 76%-i işlənib.

Избранный
35
1
qafqazinfo.az

10Источники