RU

Sumqayıtda gübrə zavodu yaradılır

Müəssisədə ildə 10 min ton məhsul istehsal olunacaq

Azərbaycan və Türkiyə birgə kapitallı “Elba Chem” QSC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da, parkın rezidentlərinin sayı 41-ə çatıb.

Yeni şirkət sənaye parkının ərazisində illik istehsal gücü 10 min ton olan kalium sulfat (gübrə) istehsalı zavodu inşa edəcək. İnvestisiya dəyəri 10,2 milyon manat olan layihə çərçivəsində 50-dən çox iş yerinin yaradılması planlaşdırılır. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Избранный
57
10
xalqqazeti.az

10Источники