RU

COP-29-un baş danışıqçısı: Əminəm ki, “Troyka” nəticəsində biz möhkəm, davamlı və hamı üçün ədalətli gələcək qura biləcəyik

Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya bizimlə birlikdə COP29 çərçivəsində apardıqları ardıcıl əməkdaşlığa görə dərin təşəkkürümüzü bildiririk.

Olaylar xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində keçirilən "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbirdə deyib.

O bildirib ki, üçlük il ərzində ambisiyaların irəliləməsi, siyasi impulsun artırılması və problemlərin həlli istiqamətində aydın bir trayektoriya izləyərək səylə çalışıb:

"Bu il Kopenhagendə "Troyka"nın rəsmi təqdimatı oldu və biz bütün tərəfləri iqlim fəaliyyətinin bütün sütunlarını, xüsusən də təsirlərin yumşaldılması və ədalətli keçid, uyğunlaşmaya inandırdıq. Müəyyənləşdirilmiş Milli Töhfələrə güclü diqqət ayrıldı.

Ümumiyyətlə, "Troyka" qlobal iqlim gündəmlərində sinerji yaratmaq, həm ambisiya, həm də maliyyə mexanizmlərini irəli aparmaq, eyni zamanda kritik icra problemlərini həll etmək və inkişaf etməkdə olan ölkələrin iqlimə davamlılığını artırmaq üçün fəaliyyət həyata keçirir. Əminəm ki, "Troyka" nəticəsində biz möhkəm, davamlı və hamı üçün ədalətli gələcək qura biləcəyik və gələcək COP tədbirləri üçün möhkəm gündəlik təmin edəcəyik", - deyə Yalçın Rəfiyev deyib.

Qeyd edək ki, "Troyka" ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
66
13
olaylar.az

10Источники