RU

Baş nazir: "Maliyyənin ayrılması qeyri-mütənasibdir"

"İqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin ayrılması qeyri-mütənasibdir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Kuk adalarının Baş naziri Mark Braun noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indiki halda maliyyə vəsaitlərinin ayrılması vacib əhəmiyyət daşıyır:

"Artıq Zərər və İtki Fondu fəaliyyətə başlamalı və bu da genişmiqyaslı olmalıdır".

Mark Braun həmçinin Kuk adalarının Bakıda keçirilən COP29-un əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildirib.

"Cebheinfo.az"

Избранный
18
cebheinfo.az

1Источники