RU

COP29 xaricilərin gözündə - SORĞU

COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib. Bunun da mütləq əksəriyyətini - 60 mindən çoxunu xaricilər təşkil edir. Burada 3 mindən çox xarici media nümayəndəsinin akkreditasiyası və qeydiyyatı həyata keçirilib. SİA olaraq dünyanın müxtəlif ölkələrindən gələn xarici qonaqların Azərbaycan və COP29 haqqında fikirlərini öyrəndik.

"Fominov Consulting" şirkətinin direktoru Yuriy Fominov: ""Fominov Consulting şirkəti" Azərbaycan bazarında fəaliyyət göstərən sistem inteqratrıdır və COP29 tədbirində biz yaşıl texnologiya həlli ilə iştirak edirik. Tərəfdaşımız sərgidə Amerikanın rəsmi saxlanc sistemləri üzrə provayderi olan "Pristori" şirkətidir. "Pristori" şirkətinin həlli daha az atqılar və daha az enerji istifadəsi ilə təxminən 80% enerjini azaltmaqla yaşıl enerji texnologiyasını dəstəkləməklə iqlim dəyişikliyinə müsbət fayda vermiş olur. COP29 tədbirində iştirak etmək bizim şirkətimiz üçün qürurvericidir. Böyük məmnuniyyətlə stendimizi buraya gələn hər bir iştirakçının diqqətinə çatdırırıq. İştirakçıları yaşıl enerji və yaşıl texnologiya infrastrukturu ilə bağlı stendimizə dəvət edirik".

Burundi Respublikasının nümayəndəsi Epimeny Nibizi: "Mənim adım Epimeny Nibizidir, Afrikadakı Burundi Respublikasında dünyaya gəlmişəm. Burundi Azərbaycandan çox uzaqda yerləşir. COP29 tədbiri üçün burada olmaqdan məmnunam. Bu il tədbirə qoşulmağa cəhd etdim və indi buradayam. Azərbaycan çox gözəl, rahatdır və biz burada olmaqdan çox şadıq. Azərbaycanın qonaqpərvərliyinə görə təşəkkür edirəm. Bizi çox yaxşı qarşıladılar. Həm də yaxşı yeməkləriniz var. Burada olan insanlar vasitəsilə Azərbaycan haqqında məlumatlar alıram. İlk dəfədir ki, Azərbaycanda oluram. Bundan sonra da gəlməyi fikirləşirəm".

Ekofəal Chalwyn Gifty Caulker: "Mən Sierra Leonedənəm. Azərbaycana gəlmək çox gözəl oldu. İnsanlar çox istiqanlıdır. Onlar çox mehribandırlar, dostcanlıdırlar. Hər kəs ehtiyacımız olduğu anda bizə köməklik göstərir. Ümumilikdə Azərbaycan gözəl ölkədir. Bu ölkəni çox sevdim. COP29 tədbiri də çox gözəl təşkil olunub".

Ekofəal Amina Schartup: "Mən Azərbaycanda Bakıda dünyaya gəlmişəm. COP29 tədbirinin Bakıda keçiriləcəyini eşidəndə sevindim. Burada mütləq iştirak etməli idim. Tədbir çox gözəl, təhlükəsiz təşkil olunub. İqlim dəyişikliyi, qlobal istiləşmə hər birimizin problemidir. Buna diqqət etmək bütün bəşəriyyətin vəzifəsidir. İnanıram ki, COP29 tədbirində bir sıra dəyişikliklərə, problemlərin həllinə kömək edəcək qərarlar alınacaq".

Ekofəal Alhaji Umar Njai: "COP29 tədbirini Azərbaycan çox gözəl təşkil edib. Konfrans çox yaxşı təşkil edilib. Hər şey planlı şəkildədir. COP29 üçün burada olmaqdan məmnunam. Tədbirdə iştirak edən hər kəs planetimizin sağlamlığı üçün burada olmaqdan qürur duymalıdır. İqlim dəyişikliyi, müharibələrin yaratdığı ekoloji problemlər vaxtında həll edilməlidir".

Müəllif: Söylü Ağazadə
Избранный
38
50
sia.az

10Источники