RU

UNEC rektoru və gənc alimin İsveçrənin yaşıl iqtisadiyyat modelinin Qarabağda tətbiqi barədə məqaləsi "Emerald"da nəşr olunub

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovvə UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, gəncsiyasi-alim Nərgiz Hacıyevanın həmmüəllifi olduqları “İsveçrəninYaşıl İqtisadiyyat Siyasətinin Azərbaycanının Qarabağ RegionundaTətbiqi: Bir Baxış və Qiymətləndirmə” adlı məqalə SCOPUS indekslinüfuzlu nəşriyyat olan "Emerald"in “Green Management: A NewParadigm in the World of Business” adlı kitabının 7-ci fəslindədərc olunub.

Məqalədə İsveçrənin yaşıl iqtisadiyyat siyasətinin Qarabağdatətbiqolunma imkanları və faydalılığı qiymətləndirilib.

Həmçinin İsveçrənin innovasiya potensialı və Azərbaycanın bərpaolunan enerji sahəsindəki inkişafı nəzərdən keçirilərək, busiyasətin Qarabağda tətbiqi nəticəsində əldə olunacaq müsbəttəsirlər müəyyənləşdirilib.

Kitabı Emerald, eləcə də Google, Amazon, Barnes & Noble, Thrifts Book kimi beynəlxalqkitab mağazalarından onlayn əldə etmək olar.

Избранный
51
5
az.trend.az

5Источники