RU

Azərbaycanda aqrar sektor 1% böyüyüb

2024-cü ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 407,1 milyon manat təşkil edib ki, onun da 5 milyard 540,2 milyon manatı heyvandarlıq, 5 milyard 866,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5%, bitkiçilik məhsulları üzrə isə 0,5% artıb.

"Cebheinfo.az"

Избранный
5
2
cebheinfo.az

6Источники