Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.Manset.az xəbər verir ki, millimiz VI turda İsveçin qonağı olacaq. Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Bu yığmalar arasındakı ilk oyun millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 5 turdan sonra 1 xalı olan Azərbaycan yığması qrupda sonuncu, İsveç isə 13 xalla birincidir. UEFA Millətlər Liqası C liqası, VI tur 19 noyabr 23:45. Azərbaycan - İsveç Baş hakim: Pavel Raçkovski (Polşa)