RU

Saxta həkimləri ifşa edən Qənirə Ataşova ölümlə hədələnir - FOTO

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib.

Turkustan.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan jurnalist ona gələn bəzi təhdid mesajlarını da paylaşıb. O bildirib ki, həmin şəxslər onun instagram hesabını da bağlatdırıblar:

"Azərbaycanın Hüquq Mühafizə Orqanlarının Nəzərinə: “Rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslərin məni susdurmaq üçün etdiyi təhdidlərdən yalnız bir nümunəni diqqətinizə çatdırıram".

O, səhifəsinə hücum edən cərrahlardan bəzilərinin adını yazıb. Ataşova bildirib ki, adını çəkdiyi həkimlər şou-biznesdə onlara dəstək olanlar sayəsində onun səhifəsinə hücumlar edirlər:

"Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər. Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər. Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım. Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq. İnstaqram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq, vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər. Onların və adları çəkilən klinikaların fəaliyyəti cəmiyyətin sağlamlığı üçün ciddi təhlükədir. Aldatdıqları insanlardan topladıqları pulları troll ordusu, saxta hesablar və hətta hakker hücumlarına yönəldirlər. Hüquq mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıram. Xalqın sağlamlığını təhlükəyə atan, təhdid və təzyiqlərlə həqiqətləri gizlətməyə çalışan bu şəxslərə qarşı tədbirlər görülməsi zəruridir".

Qeyd edək ki, bir müddət əvvəl Q.Ataşova instaqram səhifəsində 50-yə yaxın estetik cərrahın adını paylaşaraq onların saxta yollarla fəaliyyət göstərdiyini bildirib. Bu məsələ geniş müzakirlərə səbəb olub. Ötən gün isə jurnalistin instaqram səhifəsi bağlanıb.

Избранный
69
50
turkustan.az

10Источники