RU

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır” - Nazir

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir”.
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
“Məktəbəqədər təhsil müəssisələrində əlçatanlıq məsələsini son 3 ildə 16%-dən 40%-ə çatdırırıq. Bizə ayrılan büdcə vəsaitinin böyük hissəsi məhz məktəbəqədər təhsil hissəsinin artırılmasına yönəlir. 
 
Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir. Ölkədə hər il 120 min uşaq doğulur. Yəni biz 1 yaşı saymasaq, yarım milyon uşağı məktəbəqədər təhsilə yönəltmək istəsək, cari ildə xərclərimiz 2 milyard manat olar.
 
Əgər bu realdırsa, biz bu söhbəti davam etdirə bilərik. Lakin bu məsələdə reallıq görmürüksə, həmişə alternativ modellərdən danışacağıq. Yəni bu kifayət qədər böyük xərclərdir. Nazirlik hazırda məktəbəqədər təhsilin əhatəliyini artırmaq məqsədilə məhz həmin alternativ modellər üzərində işləyir”.
 
Избранный
13
11
moderator.az

10Источники