İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdə olan “Təhrik-e-İnsaf” partiyasının qurucusu İmran Xanın zaminə buraxılması barədə qərar çıxarıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Bildirilib ki, məhkəmə İmran Xanı hər biri 1 milyon rupi (3611 dollar) olmaqla iki depozit şərti ilə (ümumilikdə, 2 milyon rupi - 7222 min dollar) girov müqabilində azad edib. Keçmiş baş nazir və həyat yoldaşı Büşra Bibi iyulun 13-də həbs edilib. Daha sonra keçmiş baş nazirin həyat yoldaşı zaminə buraxılıb, o isə həbsdə qalıb. Pakistanın keçmiş baş nazirinin həbs olunduğu iş İmran Xan və Buşra Bibi tərəfindən xarici hədiyyələrin qeyri-qanuni satılması ilə bağlıdır. Onların arasında 7 ədəd “Graff” və “Rolex” saatları, o cümlədən 10 brilyant və qızıl-zinət əşyaları da var ki, onların dövlət Toşaxana anbarına təhvil verilmədiyi və cütlük tərəfindən satıldığı iddia edilir.