RU

İmran Xan azadlığa buraxıldı

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalif “Təhrik-e-İnsaf” partiyasının qurucusu İmran Xanın zaminə buraxılması barədə qərar çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Məlumata görə, məhkəmə İmran Xanı hər biri 1 milyon rupi (3611 dollar) olmaqla iki depozit şərti ilə girov müqabilində azad edib. Keçmiş baş nazir və həyat yoldaşı Büşra Bibi iyulun 13-də həbs edilib. Daha sonra keçmiş baş nazirin həyat yoldaşı girov müqabilində azadlığa çıxa bilsə də, əri həbsdə qalıb.

Pakistanın keçmiş baş naziri və Büşra Bibi xarici hədiyyələrin qeyri-qanuni satılması ilə bağlı həbs olunublar. Onların arasında 7 ədəd Graff və Rolex saatları, o cümlədən 10 brilyant və qızıl-zinət əşyaları var. Bu əşyaların dövlət Toşaxana anbarında olmalı olduğu halda, cütlük tərəfindən satıldığı iddia edilir.

Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib.

Избранный
40
4
unikal.az

5Источники