RU

Niderland Şimal dənizinin mühafizəsinə özəl şirkətləri cəlb etmək niyyətindədir

Niderlandın Müdafiə Nazirliyi Rusiyadan gələn təhdidlər fonunda Şimal dənizindəki infrastrukturun qorunması üçün özəl şirkətlərin əlavə heyət və avadanlığını cəlb etməyi planlaşdırır.Missiya.Az xəbər verir ki, bu barədə həmin ölkənin “Pointer” jurnalist araşdırmaları mərkəzi məlumat yayıb.

Niderland hakimiyyətinin hansı şirkəti işə götürəcəyi və heyətin hansı səlahiyyətlərə malik olacağı hələ məlum deyil."Bu məsələ müxtəlif tərəflər və qurumlarla müzakirə olunur. Nümayəndələr Palatası (parlamentin aşağı palatası) patrul qüvvələrinin işə götürülməsi barədə məlumatlandırılacaq", - mərkəzdən bildirilib. Qeyd olunur ki, Şimal dənizinin infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün özəl şirkətlərin cəlb olunması barədə qərar müvəqqəti xarakter daşıyır.Zərintac MayisqızıMissiya.Az

Избранный
13
2
missiya.az

10Источники