RU

Tətil xərclərimizə necə qənaət edə bilərik?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Tətilə hazırlaşarkən bir sıra məqamlara diqqət yetirmək lazımdır. Çünki planlaşdırdığımız tətilin daha münasib olması üçün bəzi praktik yollar var. Erkən rezervasiyadan tutmuş təyyarə bileti kampaniyalarına qədər bir çox imkanlardan yararlanaraq arzuladığımız tətili daha sərfəli şəkildə reallaşdıra bilərik. Bunlardan bəziləri aşağıdakılardır:

1. Uçuş bileti alarkən kampaniyaları izləyin

Təyyarə bileti almaq üçün son dəqiqəyə qədər gözləməyin, çünki bu zaman əlavə pul ödəyə və yer tapmaqda çətinlik çəkə bilərsiniz. Bunun əvəzinə istifadə etməyi planlaşdırdığınız aviaşirkətin kampaniyalarını izləyin. İlin müəyyən vaxtlarında aviabiletlər adətən daha ucuz qiymətə satışa çıxarılır, ona görə də biletinizi bu dövrlərdə, hətta aylar öncədən alın. Bu kampaniyalar adətən şirkətlərin internet saytında və sosial media hesablarında elan olunur. 

2. Erkən rezervasiya imkanlarını qaçırmayın

Tətilinizi mümkün qədər erkən planlaşdırırsınızsa, bir çox erkən rezervasiya imkanlarından yararlana bilərsiniz. Bu imkanlar sayəsində otellər həqiqətən də daha sərfəli olur. Nəzərə alın ki, tarix yaxınlaşdıqca otellərin qiyməti də artacaq. 

3. Alternativlərini nəzərdən keçirin

Bir yerə getdiyiniz zaman mütləq oteldə qalmağınız lazım deyil. İndi bir çox insan tətilə gedərkən daha sərfəli olduğu üçün ev kirayə tutmağa üstünlük verirlər. Misal üçün 5-6 nəfərin gedəcəyi tətildə bir neçə otaq tutmaqdansa, bir ev kirayələmək daha sərfəldir. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
30
46
banco.az

10Источники