Rusiya ilk dəfə Ukraynanı qitələrarası ballistik raketlə vurdu
Bu gün səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib. Yeniavaz.com UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, hücum zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə RS-26 “Rubej” qitələrarası ballistik raketi atıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, raket Rusiyanın Həştərxan vilayətindən buraxılıb. Bundan əlavə, Dneprə “MiQ-31K” qırıcıları ilə Rusiyanın Tambov vilayətindən X-47M2 “Kinjal” aeroballistik raketi, həmçinin “Tu-95MS” strateji bombardmançıları ilə Rusiyanın Volqoqrad vilayətindən yeddi “X-101” qanadlı raketləri atılıb. Hücumun əsasən kritik infrastrukturları hədəf aldığı bildirilir. Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat daxil olmayıb.