EN

Rusiya ilk dəfə Ukraynanı qitələrarası ballistik raketlə vurdu


Bu gün səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, hücum zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə RS-26 “Rubej” qitələrarası ballistik raketi atıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, raket Rusiyanın Həştərxan vilayətindən buraxılıb.
Bundan əlavə, Dneprə “MiQ-31K” qırıcıları ilə Rusiyanın Tambov vilayətindən X-47M2 “Kinjal” aeroballistik raketi, həmçinin “Tu-95MS” strateji bombardmançıları ilə Rusiyanın Volqoqrad vilayətindən yeddi “X-101” qanadlı raketləri atılıb.
Hücumun əsasən kritik infrastrukturları hədəf aldığı bildirilir.
Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat daxil olmayıb.
Chosen
5
29
yeniavaz.com

10Sources