RU

Generalın oğluna vəzifə verildi - RƏSMİ

Penitensiar Xidmətdə yeni təyinat olub.

"AzPolitika" "modern.az"-a istinadən xəbər verir ki,  ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub.

R.Qasımzadə daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.

Qeyd edək ki, A.Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə - Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərib.

1397374

Избранный
9
18
azpolitika.info

10Источники