RU

Ruben Amorim: “Mən “Spotinq”i tərk etməli idim”

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim Lissabon “Sportinq”inin sükanı arxasından ayrılması ilə bağlı söhbət açıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən artıq klublarla danışıqlar aparmışdım, ona görə də bu təbii idi, amma o zaman hiss edirdim ki, mən aid olduğum yerdəyəm – bu, mənim üçün doğru zamanda doğru klub idi. “Sportinq”i tərk etmək çətin idi, amma mən bunu etməli idim”, deyə Amorim vurğulayıb.

Noyabrın 11-də Ruben Amorim “qırmızı şeytanlar”ın sükanı arxasında rəsmən fəaliyyətinə başlayıb.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. “Sportinq”də Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvə idi.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Ruben Amorimin “Mançester Yunayted”in sükanı arxasında ilk sınağı İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində, Bazar günü, noyabrın 24-də “İpsviç Taun”la səfər oyununa təsadüf edəcək.

Qeyd edək ki, 11 turdan sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlində 15 xalla 13-cü pillədə qərarlaşıb.

Избранный
17
7
arena.az

10Источники