RU

Volodin: Qərb liderləri anlamalıdır ki, Rusiyanın cavab imkanı var - ÖZƏL

Qərb ölkələrinin liderləri başa düşməlidirlər ki, Rusiya özünü qorumağa qadirdir və bunun üçün kifayət qədər vasitələri var. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlama verib. O, Ukraynanın Dnepropetrovsk şəhərindəki "Cənubmaş" zavoduna endirilmiş zərbə zamanı "Oreşnik" orta mənzilli ballistik raketinin sınağını şərh edib.

"Bu cür zərbələrin endirilməsi düzgün və çoxdan gözlənilən qərardır. Biz dəfələrlə bu haqda demişik. Eşitmək istəyənlər, yəqin ki, başa düşdülər. Ancaq eskalasiyaya səbəb olan addımları atan ABŞ prezidenti Co Bayden, onun Avropadakı dostları - Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və başqaları anlamalıdırlar ki, Rusiya özünü müdafiə edəcək və bunun üçün lazımi vasitələrə malikdir," - deyə Volodin "Rusiya-24" telekanalına müsahibəsində bildirib.

Dövlət Dumasının sədri vəziyyəti mürəkkəb adlandıraraq, deputatların tam şəkildə prezident Vladimir Putini dəstəklədiyini və ölkənin özünü müdafiə etməsi və sabit inkişafının təmin olunması üçün əllərindən gələni etdiklərini vurğulayıb.

"Rusiya şəhərlərinə zərbələr endirilən bir vəziyyətdə cavab vermək vacibdir," - deyə Volodin fikrini yekunlaşdırıb.

"Daily Mail" nəşrinin məlumatına görə, yeni hipersəs "Oreşnik" raketi Avropanın istənilən şəhərinə 20 dəqiqədən az vaxtda çata bilər. ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritterin sözlərinə görə, Rusiyanın "Oreşnik" raketindən istifadəsi Qərbi, prezident Putinin sözlərinin ciddi olduğunu başa düşməyə vadar edib.

Bundan əvvəl Volodin Rusiyada miqrantların təhsil, tərbiyə və səhiyyə sahələrində işləməsinin düzgün olmadığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
34
50
olaylar.az

10Источники