RU

Bu il Hindistan Azərbaycandan neft alışını 15%-dək azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hindistan bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 729 milyon 796 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 87 milyon 633 min dollar və ya 10,7% azdır.

Hesabat dövründə Hindistanın idxal etdiyi neftin həcmi illik müqayisədə 14,7% azalaraq 1,2 milyon ton olub.

Qeyd edək ki, bu dövrdə Hindistan Azərbaycanın xam neft ixrac etdiyi 4-cü ölkə olub. Ötən ilin eyni dövründə Hindistan Azərbaycanın ən çox neft ixrac etdiyi 3-cü ölkə idi.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
21
banco.az

1Источники