RU

ABŞ-a nota verildi – Baydendən əfv tələbi

Kolumbiya hökuməti ABŞ Prezidenti Co Baydendən Amerikada həbsdə olan Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) keçmiş liderlərindən biri Saymon Trinidadı əfv etməsini istəyib.

Teleqraf.com xəbər verir ki, hökumət əsl adı Xuvenal Ovidio Rikardo Palmera Pineda olan və Simon Trinidad təxəllüsü ilə tanınan keçmiş FARC liderinin əfv edilməsi üçün ABŞ administrasiyasına diplomatik nota göndərib.

Simon Trinidad 2004-cü ildə üç ABŞ hərbçisinin qaçırılmasında təqsirli bilindikdən sonra Vaşinqtona ekstradisiya edilib. O, Kolumbiyadakı silahlı qarşıdurma zamanı terrorçuluq, qətl, adam oğurluğu və narkotik ticarəti ilə bağlı mühakimə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
59
9
teleqraf.com

10Источники