RU

“Sərhətləri aşan MAH: İmkanlar və Çətinliklər” mövzusunda vebinar keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Qanun və Nazirlər Kabinetinin qərarlarının icrasını həyata keçirərək ölkəmizdə keyfiyyətli mediasiya xidmətlərinə nail olunması və mediasiya proseslərində vətəndaş məmnunluğunun artırılması üçün Mediasiya Şurası beynəlxalq təcrübənin davamlı öyrənilməsini təmin edir.

QHT.az xəbər verir ki, bu istiqamətdə növbəti tədbir Bakı 15 saylı Mediasiya Təşkilatının Pakistanın Saarosh ADR Mərkəzi ilə Azərbaycanın Legalize Hüquq Şirkəti ilə 26 noyabr 2024-cü il tarixində birgə təşkil etdiyi “Sərhətləri aşan MAH: İmkanlar və Çətinliklər” mövzusunda vebinar keçirilib. Azərbaycanlı mütəxəssislərlə yanaşı Böyük Britaniya, Pakistan və Qazaxıstandan olan ekspertlərin iştirak etdiyi vebinarda MAH (mübahisələrin alternativ həlli) sahəsində hüquqi imkanlar, qanunvericilik fərqliliyindən yaranan çətinliklər, gələcək əməkdaşlıqlar və təcrübə mübadiləsi barədə müzakirə aparılıb.

Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri, milli təlimçi Qasım Şaliyev vebinarda “Azərbaycan mediasiyası və xarici iqtisadi münasibətlərə töhfəsi” mövzusunda çıxış edib, mediator Aynur Hüseyn isə təcrübəsinə əsasən Azərbaycanda mediasiyanın tətbiqinin insanların həyatına müsbət təsirindən danışıb.

Sonda tərəflər bu kimi elmi-təcrübi tədbirlərin gələcəkdə mütəmadi keçirilməsinin vacibliyini ifadə ediblər.

Избранный
60
14
qht.az

10Источники