RU

Tramp ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi TƏYİN EDİB

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp general-leytenant Kit Kelloqu dövlət başçısının köməkçisi, Ukrayna və Rusiya üzrə xüsusi elçi təyin edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin daha əvvəl yazdığı kimi, Kelloq münaqişənin həlli səylərində əsas rol oynaya bilər. Bundan əlavə, Kelloq Trampın 2017-2021-ci illərdə prezidentliyi dövründə Ağ Evin Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri və o vaxtkı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edildiyi kimi, Kelloq planı hərbi təmas xətti boyunca münaqişənin əsas mövqelərində dondurulmasını, Kiyev və Moskvanın danışıqlar masasına oturmağa məcbur edilməsini nəzərdə tutur.

“Politico” yazıb ki, Tramp Ukraynadakı münaqişəyə son qoymaq niyyətindədir, lakin beynəlxalq vəziyyətin dəyişməsi səbəbindən bu çətin olacaq.

Nəşrin məlumatına görə, Tramp sövdələşmə təklif etməklə Ukraynadakı münaqişəni 24 saat ərzində bitirə biləcəyini iddia edir. Siyasətçi planlaşdırır ki, bu sövdələşmənin bir hissəsi kimi Kiyev sülh müqabilində ərazilərini verə və Şimali Atlantika Alyansına üzvlükdən imtina edə bilər.

QAZİLER.AZ

Избранный
45
50
qaziler.az

10Источники