RU

ABŞ-də 44 ildən sonra milyonçu cütlüyün cəsədləri tapılıb

ABŞ-da 44 il əvvəl yoxa çıxan cütlüyə aid olduğu güman edilən insan qalıqları aşkar edilib.

Qaziler.az xəbər verir ki,  bu barədə “Sky News” məlumat yayıb.

Keçən həftə hüquq-mühafizə orqanları Corciya ştatının Qlenn qraflığında gölməçədə 1978-ci ilin “Lincoln Continental” avtomobilinə bənzəyən batmış avtomobil aşkarlayıb. Neft şirkətinin keçmiş rəhbəri Çarlz Romer və müəmmalı şəkildə yoxa çıxan həyat yoldaşı Ketrin məhz orada səyahət edirmişlər. Cütlük1980-ci ildə yoxa çıxıb və bundan sonra onların genişmiqyaslı axtarışları başladılıb.

Versiyalardan birinə görə, cütlük oteldə qalıb və sonra avtomobillə ətrafı gəzmək qərarına gəlib, lakin bir daha geri qayıtmayıb. Bununla bağlı aidiyyatı olan işçilər polisə məlumat veriblər. 44 ildən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşdüyü ehtimal edilən şəxslərin qalıqlarını tapa biliblər. Ehtimal olunur ki, cütlüyü qarət etməyə cəhd edə bilərdilər, çünki onun yoxa çıxdığı vaxt Romerdə təxminən 81 min dollar dəyərində zinət əşyaları olub. Bununla belə, qəza variantı da nəzərdən keçirilir.

QAZİLER.AZ

Избранный
86
3
qaziler.az

10Источники