RU

Türkiyənin İrana hazır geyim məhsulları ixracı 24,6 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İrana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz artaraq, 22 milyon 833 min 70 dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2024-cü ilin oktyabr ayında Türkiyə İrana 3 milyon 590 min 63 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 40,1 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalıb və 15,1 milyard dollar təşkil edib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayında Türkiyə 15 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,5 faiz artım olub.

Son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 18 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az

Избранный
29
50
fins.az

10Источники