RU

Rusiyada azərbaycanlı iş adamını öldürən futbolçu həbs olundu

Rusiyada beş nəfərlə birlikdə azərbaycanlı iş adamı Səmrat Cavadovu oğurlayaraq meşədə amansızcasına qətlə yetirən Obninsk şəhərinin "Kvant" futbol klubunun futbolçusu Vitali Melnikov həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat verib.

Qeyd olunur ki, o, 2025-ci il yanvarın 18-dək həbsdə qalacaq. İdmançı və daha beş Kaluqa sakini zərərçəkəni qaçıraraq, Çexov şəhər rayonundakı meşəyə aparıb və orada işgəncə verib, bütün prosesi kameraya çəkiblər. Nəticədə kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.

Xatırladaq ki, azərbaycanlı iş adamı 30 yaşlı Səmrat Ədalət oğlu Cavadov oktyabr ayında itkin düşüb. İki həftə sonra onun meyiti meşədə tapılıb


Müəllif: Teleqraf.com
Избранный
19
11
teleqraf.com

10Источники