RU

AP deutatı: "Aİ-nin Ukraynadakı qüvvələri sülh yolu ilə nizamlanmanı qeyri-real edəcək"

Ukrayna ərazisinə Avropa sülhməramlı kontingentinin yerləşdirilməsi münaqişənin sülh yolu ilə həlli prosesini qeyri-mümkün edəcək. 

HİT.az xəbər verir ki, bunu Avstriyanın Azadlıq Partiyasından (APS) Avropa Parlamentinin deputatı Harald Vilimski bildirib.

"Avropalı əsgərlərin birgə yerləşdirilməsi Avropada təhlükəsizlik vəziyyətini daha da gərginləşdirəcək. Belə bir addım diplomatik yolla həll şansını tamamilə məhv edəcək", deyə o vurğulayıb.

Bununla bağlı Vilimski Aropa İttifaqını Ukrayna münaqişəsinə hərbi müdaxilənin qarşısını almağa çağırıb.

Noyabrın 29-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bildirib ki, Qərb ölkələri Ukraynanın döyüş qabiliyyətini bərpa etmək üçün ölkəyə sülhməramlı kontingent yerləşdirmək niyyətindədirlər, onun sayı 100 minə yaxın hərbçi olacaq. 

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Qərb ayrı-ayrı Avropa ölkələri arasında Ukrayna ərazilərini bölüşdürməyi planlaşdırır. Belə ki, Ukraynanın Qara dəniz sahilinin Rumıniyaya, ölkənin qərbinin Polşaya, Ukraynanın mərkəzi və şərqinin Almaniyaya, şimalının isə Kiyev bölgəsi ilə İngiltərəyə gedəcəyi gözlənilir.

Samir

Избранный
88
39
hit.az

10Источники