RU

“Azəripək” ixrac gəlirlərini 3 dəfə azaldıb

Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəripək” MMC 588 minABŞ dolları dəyərində məhsul ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın noyabr sayında qeyd edilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrün ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 2,9 dəfə azdır.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 22,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2,8 milyard ABŞ dolları təşkil edib.

Избранный
20
3
apa.az

10Источники