RU

Tbilisidə keçirilən aksiyada 100-dən çox etirazçı saxlanıldı


Noyabrın 29-dan 30-na keçən gecə Gürcüstan polisi Tbilisidə parlament qarşısında keçirilən etiraz aksiyası zamanı 107 nəfəri saxlayıb,
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, qarşıdurma nəticəsində 10 polis əməkdaşı yaralanıb, onlardan biri yanıq xəsarətləri ilə xəstəxanadadır.
Xəsarət alan etirazçılar barədə məlumat verilməyib.
Aksiya iştirakçılarının əksəriyyəti polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq və xırda xuliqanlıq maddələri ilə (Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələri) bağlı saxlanılıb.
“Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 10 əməkdaşı xəsarət alıb, 1 polis əməkdaşının bədəninin müxtəlif nahiyələri yanıq xəsarətləri alıb” - Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Nazirliyin məlumatına görə, etirazçılar Tbilisi meriyasının infrastrukturuna və fərdi şəxslərə ziyan vurub, parlamentin qoruyucu bəndini zədələyib və müxtəlif obyektləri yandırıblar. Asayişi bərpa etmək üçün polis xüsusi vasitələrdən istifadə edib.
Noyabrın 29-u axşam saatlarında parlament binası qarşısında başlayan etiraz aksiyası 7 saata yaxın davam edib, polis noyabrın 30-da səhər saatlarında su şırnaqlarından və gözyaşardıcı qazlardan istifadə edərək etirazçıları dağıdıb.
Избранный
38
23
yeniavaz.com

10Источники