RU

"Ölkə hakimiyyətini ələ keçirməyə cəhd edilib" - Gürcüstan DTX

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ölkədə hakimiyyəti zorla ələ keçirmək cəhdi barədə məlumat verib.

"Unikal" xəbər verir ki, ölkədə baş verən hadisələrlə bağlı bəyanaı "Tabula" jurnalı dərc edib.

Sənədin mətninə əsasən, xüsusi xidmət orqanları “Gürcüstanda konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədilə sui-qəsd və ya üsyan” maddəsi ilə araşdırma aparır. İdarə hesab edir ki, davam edən aksiyalar zamanı konkret siyasi partiyaların rəhbərləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri təxribatlar təşkil etməyə çalışırlar. Dövlət Təhlükəsizliyi Xidməti nümayişçiləri onlara aldanmamağa çağırıb, həmçinin onlara bu maddə ilə 5 ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğunu xatırladıb.

Gürcüstanın paytaxtında hakimiyyətin  2028-ci ilə qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmaq qərarına görə etirazlar noyabrın 28-dən davam edir. 

Избранный
33
50
unikal.az

10Источники