RU

Suriyada döyüşən qüvvələr və onların nəzarət etdiyi ərazilər

Son beş gündə Suriyada 13 illik müharibənin yeni mərhələsi başlayıb. “Heyət Təhrir əl-Şam” (HTŞ) Əsəd qüvvələrinin nəzarətində olan Hələbi nəzarətə götürüb, cənub istiqamətində Həma şəhərinə doğru irəliləyir. Şəhərin ələ keçirildiyi haqda dəqiq olmayan məlumatlar var. Bunun fonunda Azad Suriya Ordusunun (ASO) PYD/YPG terror qruplaşmasının nəzarətində olan Tel-Rıfat şəhərinə daxil oluğu xəbərləri yayılıb.

Publika.az
hazırda Suriyada döyüşən qüvvələr və onların nəzarət etdiyi əraziləri təqdim edir.

Suriyada nəzarət uğrunda 4 əsas qrup mübarizə aparır:

- Əsəd qüvvələri: bura hökumət qüvvələri ilə yanaşı, yarımhərbi birləşmə olan milli müdafiə qüvvələri də daxildir;
- PYD/YPG terror təşkilatı: PKK-nın Suriya qanadı olan qruplaşma ABŞ-ın dəstəyi ilə Suriyanın şərqinə nəzarət edir, əsas üzvləri kürd əsilli terrorçulardan ibarətdir;
-“Heyət Təhrir əl-Şam” (HTŞ): 2016-cı ilə qədər bu qruplaşma Əl-Qaidə terror təşkilatına biət edən ən-Nusra Cəbhəsinə bağlı idi, daha sonra yollarını ayırdı, hazırda qruplaşmada Əsəd qarşı olan üsyançılar birləşir.
- Azad Suriya Ordusu (ASO): Suriyanın şimalına nəzarət edən bu qüvvələr müxalif döyüşçülərdən ibarətdir;

Bu qüvvələrin nəzarət etdiyi ərazilərin xəritəsi yayılıb.



Asif

Избранный
17
4
publika.az

6Источники