RU

Baydenin oğlu əfv edildikdən sonra mübarizəyə qoşulub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Co Baydenin oğlu Hanter atası tərəfindən əfv edildikdən sonra həyatını asılılığı olan insanlara kömək etməyə həsr edəcəyini bildirib.
Oxu.Az bu barədə "Reuters"ə istinadən məlumat verir.
"Mən asılılıq dövrümün ən qaranlıq günlərində etdiyim səhvləri - siyasi məqsədlərlə məni və ailəmi açıq şəkildə alçaltmaq və biabır etmək üçün istifadə edilən səhvləri etiraf etdim və məsuliyyətimi öz üzərimə götürdüm", - deyə o qeyd edib. O bu əfvi özünə borc bilməyəcəyini və həyatını hələ də xəstə olan və əziyyət çəkən insanlara kömək etməyə həsr edəcəyini söyləyib.
Qeyd edək ki, Co Bayden dekabrın 2-də oğlunun əfv edilməsi haqqında fərman imzalayıb. Əvvəllər o, oğlunu həbsdən xilas etmək üçün səlahiyyətlərindən istifadə etməyəcəyini bildirmişdi. Baydenin oğlu qanunsuz silah saxlama və vergi ödəməmə işlərində təqsirləndirilirdi. Məhkəmələr dekabrın ortalarında hökm çıxarmalı idi.
Избранный
482
21
oxu.az

10Источники