RU

Tramp Qəzzada girov saxlayanları hədələdi: "Ağır cəza gözləyir"

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp andiçmə mərasiminə qədər İsrail-Fələstin münaqişəsində atəşkəs razılaşması əldə olunmaması və girovların geri qaytarılmaması halında Qəzza zolağında girovların saxlanmasına görə məsuliyyət daşıyanları çox ağır cəzalandıracağı ilə hədələyib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Girovlar 2025-ci il yanvarın 20-dək azad edilməsələr, mən qürurla Birləşmiş Ştatların prezidenti vəzifəsini icra etməyə başladıqda, Yaxın Şərqdə bəşəriyyətə qarşı bu vəhşilikləri törədənlərin hamısını çox ağır cəza gözləyir" - o bildirib.

Tramp, həmçinin Qəzza zolağında girovların saxlanması ilə bağlı danışıqların heç bir nəticəyə gətirib çıxarmamasından təəssüfləndiyini bildirib.

Избранный
10
3
hakimiyyet.az

10Источники