RU

AFFA İntizam Komitəsinin qərarları açıqlandı

Bakı. Trend:

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

TrendPFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli PremyerLiqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlarqəbul edilib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində“Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərinünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə vəbu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz”klubuna xəbərdarlıq edilib.

"Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqəaldığına görə klub 700 manat cərimə edilib.

"Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarıvərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindənmeydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manatcərimə edilib. "Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildətəhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdəikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cəriməedilib. “Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gecbaşladığına görə klub daha 1500 manat cərimə edilib.

"Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadəedildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilib. Həmçinin,"Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramizifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfəyaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilib.

Избранный
3
6
az.trend.az

10Источники