RU

Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycanakimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə6,7 faiz artaraq, 481 milyon 229 min 94 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Azərbaycana 45 milyon 792 min 24dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu dakeçən ilin noyabr ayı ilə müqayisədə 6,6 faiz azdır” – deyənazirlikdən bildirilib.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsulixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28milyard 147 milyon 342 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 mindollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilinnoyabr ayı ilə müqayisədə 11,1 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024)Türkiyə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəviməhsul ixrac edib.

Избранный
7
5
az.trend.az

10Источники