RU

UNEC tələbələri “Bloomberg” Qlobal Ticarət Yarışında region üzrə 2-ci, dünyada 32-ci olublar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri “Bloomberg” Qlobal Ticarət Yarışında (Bloomberg Global Trade Challenge 2024) uğur qazanıblar.

UNEC-dən Tehsil.biz-ə bildirilib ki, bu il rekord sayda iştirakçının qatıldığı beynəlxalq müsabiqədə 396 ali təhsil müəssisəsini təmsil edən 10 min 240 iştirakçı 2453 komandada qələbə uğrunda mübarizə aparıb. Ümumilikdə 46 ölkənin qatıldığı və 65 min 287 ticarət əməliyyatının həyata keçirildiyi qlobal müsabiqədə, Qafqaz regionundan yalnız Azərbaycan Dövlət İqtisad Universiteti yarışa qatılıb.

Beynəlxalq müsabiqədə UNEC 14 komanda ilə dünyanın aparıcı universitetlərinin komandaları ilə yarışıb. Yarışda tələbələr “Bloomberg” terminalında virtual portfellərini idarə edərək, real maliyyə bazarlarında ticarət apararaq, maksimum gəlir əldə etməyə çalışıblar. Altı həftə davam edən yarışda UNEC tələbələri 2453 komanda arasından 32-ci yeri qazanıblar və regionda 2-ci olublar.

UNEC-in “Bloomberg” maliyyə laboratoriyasının direktoru Səidə Xəlilin rəhbərlik etdiyi qalib komandada Maliyyə və mühasibat fakültəsinin tələbələri - Asiman İsazadə (kapitanı), Zəhra Məmmədzadə və Rəna Məmmədzadə təmsil olunublar.

Избранный
1
9
tehsil.biz

10Источники