RU

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Gürcüstanla əməkdaşlığı nəzərdən keçirir

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Gürcüstanla əməkdaşlığı nəzərdən keçirir.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi məlumat yayıb.

Eyni zamanda, bəyanatda əlavə tədbirlər görməyə hazır olduqları qeyd edilir.

“Gürcüstanla yeni layihələr vəd edilməyəcək və həyata keçirilməyəcək, heç bir kredit müqaviləsi imzalanmayacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Avropa və beynəlxalq tərəfdaşlarımızla aparılacaq məsləhətləşmələrə əsasən, əlavə tədbirlər görmək hüququnu saxlayır”, - məlumatda qeyd olunub.

Bundan əlavə, Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Sveniya Şulz Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqları dayandırmaq qərarına münasibət bildirib. “Bu qərarla Gürcüstan hökuməti, ən azı müvəqqəti olaraq, vətəndaşlarının Avropa gələcəyinin imkanını bloklayır. Gürcüstanın əksər vətəndaşları Avropa İttifaqına qoşulmağı dəstəkləyir. Hər gün Tbilisi və digər şəhərlərdə insanlar küçələrə çıxır, çünki Avropa Gürcüstanı istəyirlər. Bundan əlavə, Avropa İttifaqına yaxınlaşma Gürcüstanın Konstitusiyasında qeyd olunub.

İqtisadi İnkişaf Nazirliyi indiyə qədər Gürcüstanın Avropa yolunu dəstəkləyib. Bu hökumətlə olan əməkdaşlıq artıq həyata keçirilməyəcək. Gələcəkdə, əgər belə bir əməkdaşlıq olsa, bu, yalnız ölkənin Avropa əlaqələrini gücləndirəcəyi sahələrdə davam etdirilə bilər”, - nazir deyib.

Избранный
5
3
far.az

10Источники