“ABŞ 2008-ci ildə Rusiyanın hücumundan bizi qorudu və Gürcüstanı xilas etdi. İndi isə bunların hakimiyyəti dövründə strateji tərəfdaşlıq dayandırılıb və biz Rusiyanın qarşısında müdafiəsiz qalırıq”.
Tribunainfo.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlıq sazişini dayandırmaq qərarına münasibət bildirərkən deyib.
O, qeyd edib ki, ABŞ-la strateji tərəfdaşlıq haqqında müqavilə onun prezidentliyi dövründə, 2009-cu il yanvarın 9-da imzalanıb.