AZ

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə şənbə günü ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“ABŞ və Aİ “Gürcü arzusu”nun Aİ-yə üzvlüyünü dayandırmaq qərarından təəssüflənirlər. Biz öz Konstitusiyasının xəyanətinə haqlı olaraq etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiqini pisləyirik - Aİ Kremlə qarşı dayaqdır. Ona görə də biz Gürcüstanla strateji tərəfdaşlığımızı dayandırdıq”, - Metyu Miller yazıb.

Qeyd edək ki, Gürcüstan və ABŞ 1992-ci ildə diplomatik əlaqələr qurub. 2009-cu ildə ölkələr arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına gəlib. Bundan sonra ölkədə etiraz aksiyaları başlayıb.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
12
4
musavat.com

10Mənbələr