RU

Polşa silah alışı üçün ABŞ-dən 4 milyard dollar kredit alıb

ABŞ Polşaya silah alışı üçün 4 milyard dollar kredit ayırıb.

APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış “X” hesabında yazıb.

“Bizim ABŞ ilə daha bir kredit müqaviləmiz var. Bu müqavilə bizə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Polşa Silahlı Qüvvələrinin sürətli transformasiyasını maliyyələşdirməyə kömək edəcək. Hazırda bu xətt üzrə 4 milyard dollar vəsait ayrılıb”, - nazir qeyd edib.

Избранный
23
22
apa.az

10Источники