Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları ölkədə böyük terror aktı törətməyi planlaşdıran qruplaşmanın 12 üzvünü saxlayıblar.
Bu barədə “TASS” məlumat yayıb.
Şübhəlilərin yaşayış ünvanlarında aparılan axtarışlar zamanı atıcı silahlar, hər birinin tutumu 1 kq trotil olan 2 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, onların hazırlanması üçün komponentlər, ümumi çəkisi 1 min kq olan 20 kisə ammonium nitrat və döyüş sursatı aşkar edilərək götürülüb.
"Cebheinfo.az"